Əsas məzmuna keç

TURİST AVTOBUSU QƏZAYA UĞRAYIB, XƏSARƏT ALANLAR VAR

Türkiyənin Antalya şəhərində rumıniyalı turistləri daşıyan mikroavtobus aşıb.

“Haber Global” xəbər verir ki, hadisə Antalyanın Korkuteli rayonunda Esentepe qovşağında qeydə alınıb.

Qəza nəticəsində biri ağır olmaqla 22 nəfər xəsarət alıb.

Dənizlidən Antalyaya gedən mikroavtobusun yolun yağışlı və sürüşkən olması səbəbindən idarəetmədən çıxdığı deyilir.

Qəzadan sonra qısa müddətə bağlı qalan Fethiye-Korkuteli yolu ikinci dərəcəli yoldan nəqliyyata açılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…