Əsas məzmuna keç

TÜRKİYƏ ORDUSU SURİYADA 3 TERRORÇUNU ZƏRƏRSİZLƏŞDİRİB

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 3 YPG (PKK terror təşkilatının Suriya qolu) terrorçusunu zərərsizləşdirib.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, zərərsizləşdirilmiş terrorçular Türkiyə Silahlı Qüvvələrinin “Sülh çeşməsi” antiterror əməliyyatı zonasına silahlı hücum hazırlayırmışlar.

Bildirilir ki, əməliyyat artilleriya atəşi dəstəyi ilə həyata keçirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…