26 Sentyabr 2025 / 07:55

Türkiyə də Rusiya neftini almağı dayandırır?

ABŞ prezidenti Donald Tramp deyib ki, Türkiyə Rusiyadan neftinin alınmasını dayandırmağa hazırdır. Tezadlar.az CNN- TÜRK-ə istinadla xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərlə görüşü zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya neftinin idxalını dayandırmağa razı olub-olmadığı sualına birbaşa cavab vermək istəmədiyini bildirib. sitat: “Amma mən onun dayanmasını istəsəm, dayandırardı. Əminəm ki, o təchizatları dayandıracaq. Bilirsən niyə? Çünki siz onu bir çox başqa insanlardan ala bilərsiniz”, – deyən Tramp əlavə edib ki, Macarıstan və Slovakiyanın Rusiyadan neft tədarükünü dayandırması çox daha çətin olacaq.

Bu arada Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran sosial şəbəkə hesabında yazıb ki, Türkiyə və ABŞ prezidentləri Vaşinqtonda apardıqları danışıqlarda bir sıra mövzularda mühüm irəliləyiş əldə ediblər. “ABŞ prezidenti Trampla Ağ Evdə tarixi görüş çox mehriban şəraitdə keçib. İclasda müdafiə və ticarətdən tutmuş enerjiyə, regional və qlobal problemlərə qədər geniş spektrli məsələlər müzakirə olunub. Bir sıra məsələlərdə mühüm irəliləyiş əldə edilib”.

Bununla belə, Türkiyə hökuməti hələki Trampın söylədiklərinin həqiqət olduğunu rəsmən təsdiqləyən açıqlama verməyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!