Əsas məzmuna keç

Türkiyə- Gürcüstan- Azərbaycan avtomobil yolu bu tarixdə açılacaq!

Gürcüstanda Türkiyə sərhədindən Azərbaycan və Ermənistan sərhədlərinədək yolun demək olar bütün əsas hissələrinin inşası 2030-cu ilin sonuna qədər başa çatdırılacaq. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib. O qeyd edib ki, Gürcüstan hökuməti ölkənin strateji mövqeyindən maksimum şəkildə istifadə etməyə çalışır. “Əsas vəzifələrimizdən biri də ölkənin nəqliyyat və tranzit funksiyasını inkişaf etdirməkdən ibarətdir. Bu istiqamətə çox böyük həcmdə investisiyalar yatırılır”, – o bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…