Türkiyə Rusiya-ABŞ danışıqlarının başlamasına münasibət bildirib

Oxunma sayı: 41

Türkiyə hakimiyyəti İstanbulda Rusiya və ABŞ arasında aparılan danışıqların uğur qazanacağına ümid edir.

Tezadlar.az bildirir ki, bu barədə “RİA Novosti”-yə Türkiyə prezident administrasiyası məlumat verib.

“Biz prosesə qarışmırıq, təfərrüatları danışıqların iştirakçılarının özlərindən öyrənirik. Yalnız ümid edirik ki, Türkiyədə bu danışıqlar həm tərəflər (Rusiya, həm Amerika – red.), həm də region üçün konkret nəticələr verəcək”, – Rəcəb Tayyib Ərdoğanın administrasiyası bildirib.

Bu arada Rusiyanın İstanbuldakı Baş Konsulluğunun binasında Rusiya və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin ikinci raundu başlayıb.

Məsləhətləşmələrdə Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev rəhbərlik edir. Amerika tərəfini ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter təmsil edir. Danışıqlar ən azı dörd saat davam edəcək. Lakin onların fevralın 27-də İstanbulda ABŞ baş konsulunun iqamətgahında baş tutan və altı saatdan çox davam edən əvvəlki raunddan daha qısa olması planlaşdırılır.

ELBAR

Xəbəri paylaş

18 Aprel