Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvanın Baş naziri Mindaugas Sinkeviçyusla telefon danışığı aparıb və tərəflər ikitərəfli əlaqələr, regional və qlobal məsələləri qiymətləndiriblər.
Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası “X” sosial şəbəkə hesabında məlumat yayıb.
“Prezident Ərdoğan söhbət zamanı Sinkeviçyusa yeni vəzifəsində uğurlar arzulayıb, iki ölkə münasibətlərinin hər keçən gün daha da güclənəcəyinə inandığını bildirib”, – məlumatda deyilir.
Qeyd olunub ki, Ərdoğan Türkiyə ilə Litvanın yeni dövrdə də müdafiə sənayesi başda olmaqla, hər sahədə təmasları artırmasının faydalı olacağını ifadə edib:
“Prezident Ərdoğan Türkiyə olaraq Ukrayna-Rusiya müharibəsinin qalıcı sülhlə nəticələnməsi üçün səy göstərdiyimizi bildirib”.
Ərdoğan həmçinin Avropa İttifaqına sədrlikdə Litvaya uğurlar arzulayıb.







