Əsas məzmuna keç

Türkiyədə məhkum Yunanistana üzmək istərkən tutuldu

Türkiyədə barəsində 35 il 7 ay müddətinə həbs cəzası verilən şəxs qaçmaq üçün ağlagəlməz yol seçib.

Tezadlar.az yerli mediaya istinadla bildirir ki, 33 yaşlı F.G. həbs olunmamaq üçün Yunanistanın Meis adasına üzərək getməyi düşünüb. O, bu məqsədlə Antalyanın Kaş qəsəbəsi sahillərində üzərkən Sahil Mühafizə əməkdaşları tərəfindən saxlanılıb.

O, daha sonra prokurorluğa təhvil verilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…