Övlad acısı ağırdır, amma vətən hər şeydən üstündür.
Tezadlar.az xəbər verir ki, bunu türkiyəli şəhid uzman çavuş Muhammed Emin Önkün anası Elif Önk bildirib.
O, oğlunu 2024-cü ildə şəhid verdiyini söyləyib:
“Mənə bu qüruru yaratdığına görə oğluma minnətdaram. Allah dövlətimizdən və xalqımızdan razı olsun, hər zaman bizə dəstək olurlar. Övlad acısı hər ata-ana üçün ağır olur. Amma bir ana kimi qürurla deyirəm ki, 100 övladım olsa, lazım gələrsə onların hamısını vətən uğrunda fəda etməyə hazıram”.
Xatırladaq ki, Muhammed Emin Önk 2024-cü il avqustun 3-də İraqın şimalında kustar üsulla hazırlanmış partlayıcının işə düşməsi nəticəsində ağır yaralanıb və müalicə aldığı xəstəxanada həyatını itirib.







