Ukrayna Silahlı Qüvvələri (USQ) Kursk istiqamətində bir gün ərzində 215-dən çox əsgər, bir tank və dörd döyüş zirehli texnika itirib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri 215-dən çox hərbçisini itirib. Bir tank, iki piyada döyüş maşını, dörd döyüş zirehli texnikası, 12 texnika, iki səhra artilleriya silahı və iki minaatan, bir radioelektron kəşfiyyat stansiyası, bir mühəndis maneəni təmizləmə maşını, altı PUA-nın idarəetmə postu məhv edilib”, – Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
ELBAR