30 Oktyabr 2025 / 07:12

Ukrayna danışıqları üçün Rusiyanın şərti açıqlanıb

Rusiya sülh danışıqları başlayana qədər Ukraynada atəşkəsə razılaşmayacaq.

Tezadlar.az xəbər verir ki, amerikalı beynəlxalq təhlükəsizlik üzrə ekspert Mark Episkopos sosial mediada Rusiyanın şərtini açıqlayıb.

“ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Alyaskada müzakirə etdiyi yekun sülh razılaşmasına hazırlıq və qeyd-şərtsiz atəşkəsə razılıq tamamilə fərqli şeylərdir”, – o yazıb.

Onun sözlərinə görə, Rusiya heç vaxt hərbi əməliyyatlarda fasiləyə razılaşmayacaq, lakin bu, Moskvanın Ukrayna böhranının diplomatik həllinə hazır olmadığı anlamına gəlmir.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov Ukrayna danışıqlarındakı fasilənin Kiyevin müdaxilə etmək istəməməsi səbəbindən yarandığını bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!