Əsas məzmuna keç

UKRAYNA MEDİASI KİYEVDƏKİ PARTLAYIŞLAR BARƏDƏ

Ukrayna mediası Kiyevdə partlayışlar barədə məlumat yayıb.

Məlumata görə, Ukrayna paytaxtı üzərində səmada raket görünüb.

Sosial şəbəkələr həmçinin bildiriblər ki, Kiyevin rayonlarından birində baş verən partlayışlar nəticəsində elektrik enerjisi kəsilib. Yerli sakinlərin sözlərinə görə, şəhəri tüstü buludu bürümüşdü.

Bundan əvvəl Xarkovda səhər partlayışları nəticəsində metronun fəaliyyətini dayandırdığı bildirilib. Krivoy Roq və Dneprdə partlayışlar qeydə alınıb.

Bundan əvvəl bütün Ukraynada hava həyəcanı elan edildiyi bildirilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…