Ukrayna qışdan çıxmaq üçün ABŞ-dan kömək istəyib

Ukrayna ABŞ ilə danışıqlar aparır və Kiyevin ehtiyaclarını müzakirə edir. Xüsusilə, tərəflər Ukraynanın qarşıdan gələn qışdan sağ çıxması və infrastrukturunu qorumaq üçün nəyə ehtiyacı olduğunu müzakirə edirlər.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Biz artıq ukraynalılarla onların nəyə ehtiyacı olduğunu müzakirə etmişik və bilirəm ki, bu, davam edir və onların qışdan sağ çıxmasına kömək etmək vacibdir”, – deyə Rubio ölkənin elektrik şəbəkəsinin hər il getdikcə tükəndiyini vurğulayıb. O, həmçinin elektrik şəbəkəsinin təhlükəsizliyinin təmin edilməsində əsas çətinliklərdən birini də müəyyən edib: onun sözlərinə görə, ABŞ müntəzəm olaraq Kiyevə lazımi avadanlıqlar verir, lakin onlar quraşdırıldıqdan bir həftə sonra sıradan çıxır.

Daha əvvəl “Foreign Affairs” agentliyi qarşıdan gələn qışın Ukrayna üçün “ən sərt” və həlledici ola biləcəyini bildirmişdi. Rusiya Silahlı Qüvvələrinin hücumları fonunda ölkə hakimiyyəti artıq ölkəyə elektrik enerjisi verə bilmir.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti

  • Bu gün heç bir post paylaşılmayıb.