Ukrayna səfərbərlikdən yayınmaya görə cəzanı sərtləşdirə bilər

Oxunma sayı: 67

Ali Radanın “Xalqın qulluqçusu” partiyasından olan deputatı Maksym Pavlyuk Ukraynada səfərbərlikdən yayınmaya görə cəzanın sərtləşdirilməsini təklif edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

Deputat səfərbərlikdən yayınma və insanların xaricə daşınmasına görə məhkəmələrə daha yüngül cəzalar və sınaq müddətləri təyin etməyi qadağan etməyi təklif edir. Müvafiq qanun layihəsi artıq Ali Radaya təqdim olunub.

Hazırda hərbi xidmətdən yayınanların xaricə daşınması üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Pavlyuk hərbi vəziyyətə görə cəzanın əmlakı müsadirə olunmaqla 7 ildən 9 ilədək həbs cəzasına qədər artırılmasını təklif edir.

Bundan əvvəl sorğuda iştirak edən ukraynalıların 80%-i səfərbərlik yaşının aşağı salınmasının əleyhinə olub.

Ukraynada hərbi vəziyyət 24 fevral 2022-ci ildən qüvvədədir. Həmin il fevralın 25-də Ukrayna prezidenti Vladimir Zelenski hərbi qulluqçuların ölkədən çıxışını qadağan edən ümumi səfərbərlik haqqında fərman imzalayıb.

Ukrayna Ali Radası hərbi vəziyyət və səfərbərliyin müddətini 2025-ci il fevralın 7-dək uzadıb.

2024-cü il mayın 18-də Ukraynada səfərbərliyin sərtləşdirilməsi haqqında qanun qüvvəyə minib. Yeni əsasnaməyə əsasən, hərbi xidmət keçməyə borclu olan şəxslərin reyestrinə daxil edilmiş şəxslər xaricə getmək, öz vəsaitlərindən istifadə etmək, avtomobil idarə etmək, daşınmaz əmlakla bağlı əməliyyatlar aparmaq və sənədlər – pasport və xarici pasport vermək hüququnu itirəcək.

ELBAR

Xəbəri paylaş