Əsas məzmuna keç

UKRAYNA TƏYYARƏSİ RUSİYADA QƏZAYA UĞRAYIB – PİLOT SAXLANILIB

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukraynaya məxsus yüngül mühərrikli təyyarənin ölkənin Bryansk vilayətində qəzaya uğradığını və  pilotun saxlanıldığını bildirib.

FTX-nin Rusiya xəbər agentliyi RİA Novosti-yə verdiyi açıqlamada, Ukraynaya məxsus yüngül mühərrikli təyyarənin Rusiya-Ukrayna sərhədindəki Byransk bölgəsində qəzaya uğradığı bildirilib.
Qəzadan sonra pilotun Ukraynaya qaçmağa çalışdığına dair məlumatların yer aldığı açıqlamada sərhəd təhlükəsizlik qüvvələrinin pilotu saxladığı qeyd edilib.
Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…