4 May 2026 / 18:24

Ukrayna və ABŞ bayrağı İrəvanda qarşıdurma yaşadıb-SON DƏQİQƏ

Bu gün Ukrayna və ABŞ bayraqları daşıyan bir neçə nəfər Avropa Siyasi Birliyinin sammitinin keçirildiyi “Dəmirçiyan BMM”-nin qarşısında qarşıdurma ilə üzləşib. Tezadlar.az Ermənistan mediasına istinadla bildirir ki, sammit başlayandan BMM-nin yaxınlığında bir qrup İrəvana səfər edən Avropa və Aİ liderlərinin diqqətini Bakıda saxlanılan erməni məhbuslar məsələsinə cəlb etmək məqsədi daşıyıb. Bu zaman Ukrayna bayraqları daşıyan fəalların peyda olması etirazçılardan birini qəzəbləndirib və o, onlardan ayrılmağı və aksiyaya mane olmamağı tələb edib. Nəticədə qarşıdurma yaranıb, polis müdaxiləsindən sonra Ukrayna və ABŞ bayraqları gəzdirən gənclər sammitin keçirildiyi məkanın ərazisini tərk ediblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!