Ukrayna Xarici İşlər Nazirliyi danışıqlar zamanı Rusiyanın qəbuledilməz tələblər irəli sürdüyünü təsdiqləyib

Oxunma sayı: 327

Bu gün İstanbulda aparılan danışıqlarda Rusiya tərəfi Ukrayna üçün qəbuledilməz olan bəyanatlar verib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadən bildirir ki, ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy İstanbulda jurnalistlərə belə deyib, Tixiy deyib ki, danışıqlar zamanı “Rusiya nümayəndə heyəti bizim qəbuledilməz hesab etdiyimiz bir sıra məqamları dilə gətirib”. Lakin o, hansının qəbuledilməz olduğunu söyləməkdən imtina edib. Sitat: “Bizim ruslarla bütün növ danışıqlarda böyük təcrübəmiz var, inanın mənə. 2014-cü ildən bəri çoxlu raundlar olub. Ona görə də deyərdim ki, Ukrayna nümayəndə heyəti o tərəfdən deyilə biləcək hər şeyə necə yanaşmağı bilir”. XİN sözçüsü, həmçinin bildirib ki, Ukrayna nümayəndə heyəti danışıqlarda “əla iş görüb” və “mövqeyimiz dəyişməz olaraq qalır”.
Daha əvvəl Ukraynalı mənbə mediaya bildirib ki, Moskva danışıqlar zamanı “qeyri-real” və “heç vaxt müzakirə olunmayan” tələblər irəli sürüb.

Xəbəri paylaş

22 İyun