Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukrayna Müdafiə Qüvvələrinin hərbçiləri son sutka ərzində 530 rus döyüşçüsünü məhv ediblər.
Tezadlar.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da məlumat yayıb.
Xüsusilə, fevralın 24-dən oktyabrın 1-dək rusların ümumi döyüş itkiləri təxminən belədir:
şəxsi heyət – təxminən 59 min 610 (+530) nəfər məhv edildi,
tanklar – 2 min 354 (+16) ədəd,
zirehli döyüş maşınları – 4 min 949 (+17),
artilleriya sistemləri – 1 min 397 (+6),
MLRS – 336 (+3),
hava hücumundan müdafiə sistemləri – 176,
təyyarə – 264,
vertolyotlar – 226 (+1),
əməliyyat-taktiki səviyyəli PUA-lar – 1 min 009 (+6),
qanadlı raketlər – 246,
gəmilər / qayıqlar – 15,
avtomobil avadanlığı və tankerlər – 3 min 786 (+18),
xüsusi texnika – 131.
Ruslar ən böyük itkiləri Kramatorsk və Baxmut istiqamətlərində verib.
E.ŞİRİNOV