Əsas məzmuna keç

UKRAYNADA ELEKTRİK ENERJİSİNƏ QƏNAƏT ETMƏYİN “FAYDALI YOLU” TAPILDI

Ukraynanın DTEK enerji holdinqinin baş direktoru Maksim Timçenko elektrik enerjisi istehlakını azaltmaq üçün həmvətənlərinə ölkəni tərk etməyi təklif edib.

O, vətəndən həmişəlik yox, cəmi üç-dörd aya getməyi məsləhət görür. Bu, Timçenkonun vurğuladığı kimi, Ukraynanın enerji sektoru üçün “faydalı olacaq”.

“Əgər sakinlər daha 3-4 ay müddətinə alternativ yaşayış yeri tapa bilsələr, bu, enerji sistemi üçün çox faydalı olacaq. Xüsusilə, enerji istehlakının azaldılması əsgərlərimizi xilas edən xəstəxanalarda işığın olmasına zəmanət verəcək”, – Timçenko TSN telekanalının efirində deyib.

O vurğulayıb ki, Rusiya qoşunlarının hücumları Ukraynanın enerji sisteminə ziyan vurduğuna görə elektrik enerjisinə qənaət etmək lazımdır.

Xatırladaq ki, Odessa sakinləri iki gün dalbadal küçələri bağlayır, elektrik enerjisinin kəsilməsinə qarşı aksiyalar təşkil edirlər.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…