Əsas məzmuna keç

UKRAYNADA HƏLƏLİK ƏLAVƏ SƏFƏRBƏRLİK PLANLAŞDIRILMIR

Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bildirib ki, hazırda Ukraynada əlavə səfərbərlik planlaşdırılmır. O, Ümumkrayna telemarafonunun efirində belə bir bəyanatla çıxış edib.

Reznikovun sözlərinə görə, hazırda Ukraynanın təhlükəsizlik və müdafiə sektorunda kifayət qədər insan var.

“Hazırda əlavə səfərbərliyə ehtiyacımız olduğundan danışmağa dəyməz”, – Reznikov bildirib.

 Nazir əlavə edib ki, hazırda Ukraynaya artilleriya, tank və təyyarə lazımdır.

Eyni zamanda, noyabrda Reznikov bildirib ki, Ukrayna Silahlı Qüvvələri qışda döyüş əməliyyatları zamanı xaricdə təlim keçmiş hərbçiləri gücləndirməyi planlaşdırır. Onun sözlərinə görə, söhbət “minlərlə əsgər”dən gedir.

Daha əvvəl bildirilmişdi ki, ABŞ-ın 2023-cü maliyyə ili üçün razılaşdırılmış müdafiə büdcəsi layihəsində Ukraynaya kömək üçün ən azı 800 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulur.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…