Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Zelenski bu gün maraqlı bəyanatla çıxış edib. “Ukraynada hərbi vəziyyət yalnız müharibə başa çatandan sonra ləğv ediləcək”,- deyən Ukrayna Prezidenti Volodimir Zelenski əlavə edib: “Biz atəşkəsə hazırıqmı? Bəli. Məsələ Rusiya tərəfinin buna hazır olub-olmamasıdır… Göydə və dənizdə sükutu izləmək mümkündür, amma hər yerdə atəşkəsdən danışırıqsa, tərəfdaşlardan texniki dəstək lazımdır”.
Tezadlar.az “Ukrainskaya pravda”ya isyinadla xatırladır ki, Zelenski müharibənin dayandırılması və Ukraynanın təhlükəsizliyinə zəmanət verilməsi üçün mərhələli plan hazırlandıqdan sonra onun mərhələli şəkildə həyata keçirilməsinə başlanılacağını deyib.Sitat: “Müharibə bitdikdən sonra hərbi vəziyyət ləğv ediləcək. Ardından Ukrayna qanunvericiliyinə uyğun şəkildə seçkilər keçiriləcək. Heç kim bilərəkdən heç nəyi təxirə salmayacaq”.
Müharibə isə davam edir. Bu gün Rusiya ordusu Ukrayna ərazilərini raket atəşinə tutub.
A.Məmmədli