Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna hakimiyyəti Xerson vilayətinin qubernatoru Vladimir Saldoya qarşı qiyabi olaraq yeni ittiham irəli sürüb.
Tezadlar.az xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun bildirdiyinə görə, Rusiya vilayətinin başçısı “təxminən 3 min ton Ukrayna taxılını oğurlamaqda” ittiham olunur.
Artıq Ukraynada Saldoya qarşı dəfələrlə müxtəlif ittihamlar irəli sürülüb. O, Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiya siyahısına salınıb. 2023-cü ilin noyabrında Odessa məhkəməsi onu əmlakı müsadirə olunmaqla qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib.
2022-ci il sentyabrın sonunda Ukrayna Təhlükəsizlik Xidməti Saldonu qiyabi olaraq Xerson vilayətində sakinlərin böyük əksəriyyətinin bölgənin Rusiya Federasiyasına birləşməsinə səs verdiyi referendumun təşkilində əməkdaşlıqda ittiham edib. 2023-cü ilin avqustunda Ukrayna hakimiyyəti Saldonun aktivlərinin müsadirə olunduğunu elan edib. Həmin ilin oktyabrında Xerson vilayətinin Kiyevin nəzarətində olan hissəsində fəaliyyət göstərən Ukrayna prokurorluğu Saldoya qarşı yeni ittihamlar irəli sürüb – Ukraynanın “qanunla nəzərdə tutulmayan silahlı qruplaşma” adlandırdığı regional təhlükəsizlik xidmətini maliyyələşdirməkdə. “
E.ŞİRİNOV