Əsas məzmuna keç

“UKRAYNADAKI MÜNAQİŞƏ BELARUSUN HƏRBİ TƏHLÜKƏSİZLİYİ ÜÇÜN RİSKLƏR DAŞIYIR”

Belarusun müdafiə naziri Viktor Xrenin Ukraynadakı münaqişə ilə bağlı ölkənin hərbi təhlükəsizliyi üçün risklər görür.

O, bu barədə bu gün keçirdiyi brifinqdə bildirib.

“Bu gün Ukraynada Qərbin təhrik etdiyi münaqişə həm dövlətimiz, həm də hərbi təhlükəsizlik üçün risklər və çağırışlar daşıyır. Baxmayaraq ki, belaruslar Ukrayna ilə müharibə vəziyyətində deyillər”, – deyə nazirliyin mətbuat xidməti Müdafiə Nazirliyinin rəhbərindən sitat gətirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…