25 Aprel 2025 / 11:34

Ukraynanın ABŞ-ın yardımını əvəz edəcək heç nə yoxdur

ABŞ-ın hərbi dəstəyi Ukrayna üçün kritik əhəmiyyət kəsb edir və Kiyev bu dəstək kəsilərsə, onu kompensasiya etməkdə çətinlik çəkəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” münaqişənin həlli üzrə danışıqların gedişi ilə tanış olan ukraynalı rəsmiyə istinadən xəbərdarlıq edir.

O qeyd edib ki, çox şey ABŞ-dan asılıdır və alternativ yardım mənbələri tapmaq çətin olacaq. Mənbə bildirib ki, ABŞ prezidenti Donald Tramp Kiyevə təzyiq edərək, ikinci səlahiyyət müddətinin ilk 100 günündə Ukrayna ilə bağlı razılaşma əldə etməyə çalışır.

Bununla belə, Vaşinqtonun tələbləri Ukrayna üçün qeyri-müəyyən görünür və rəsmi ABŞ administrasiyasının Ukraynaya dəstək üçün daha çox məsuliyyəti Avropanın üzərinə atmaq istədiyini təklif edib.

Aprelin 18-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Ukraynaya hərbi dəstəyi dayandıra bilər. Eyni zamanda, Amerika lideri Ukrayna böhranının nizamlanmasına nail olmaq üçün yaxşı şansların olduğunu vurğulayıb. O əlavə edib ki, əgər iştirakçılar “vaxt sürükləyirsə” və ya irəliləyişə mane olarsa, Ağ Ev danışıqlara qoşulmayacaq.

Öz növbəsində, Pentaqonun keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor Ukraynaya bütün hərbi yardımların dayandırılmasının və bu ölkənin ərazisində yerləşən bütün amerikalıların “çıxarılmasının” zəruriliyini bəyan edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!