Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda daha bir soydaşımız canından keçib. Tezadlar.az Ukraynada fəaliyyət göstərən hərbi jurnalist Anar Natiqoğlunun fb statusuna istinadla bildirir ki, 30 yaşının tamam olmasına 2 həftə qalmış həlak olan Ukrayna vətəndaşı Faiqin atasının da adı Faiq olub.
Əslən Şirvan şəhərindən olan ata 20 il öncə dünyasını dəyişib. Sitat: “…Gənc soydaşımız hücum desant bölmələrində kəşfiyyatçı vəzifəsini yerinə yetirib. Son döyüş tapşırığını 12 oktyabr tarixində həyata keçirərkən həlak olub. Tanrı ruhunu şad etsin. Yeri cənnət olsun. Yaşasın Azərbaycan-Ukrayna dostluğu! Hörmətli soydaşlarımız. 16 oktyabr tarixində səhər saat 10-da qəhrəman döyüşçümüzlə Odessada “Zabitlər evi”ndə vida mərasimi olacaq. Dəfn mərasimi şəhər kənarındakı müsəlman qəbiristanlığında baş tutacaq!”.
Rəhmət olsun!






