Əsas məzmuna keç

UKRAYNANIN HƏR YERİNDƏ HAVA HƏYƏCANI ELAN EDİLİB

Ukraynanın hər yerində hava həyəcanı elan edilib. Bunu xüsusi hərbi əməliyyatın ərazisi üzrə həyəcan xəritələrinin məlumatları sübut edir.

Hava hücumu ilə bağlı məlumatı Kiyev vilayətinin yerli hakimiyyət orqanları da təsdiqləyib. “Diqqət! Kiyevdə hava həyəcanı elan edilib”, – deyə RİA Novosti-yə istinadən xəbər verilir.

Yerli media Kiyevdə səslənən partlayışlar barədə də xəbər verir.

Bundan əvvəl, dekabrın 24-də Çerkassı, Kirovoqrad, Nikolayev, Poltava, Dnepropetrovsk vilayətlərində hava həyəcanı elan edilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…