Əsas məzmuna keç

UKRAYNANIN HƏR YERİNDƏ HAVA HÜCUMU XƏBƏRDARLIĞI SƏSLƏNİR

Bu gün səhər bütün Ukraynada hava xəbərdarlığı elan edilib.

Məlumatı Ukrayna şəhərlərinin administrasiyalarının rəsmi Telegram kanalları da təsdiqləyir. Kiyev, Odessa, Nikolayev və digər şəhərlərin, o cümlədən Qərbi Ukraynanın kanallarında xəbərdarlıqlar yayımlanıb.

“Strana.ua” internet nəşri yazır ki, Belarus ərazisindən havaya qalxan MiQ-31K təyyarəsinə görə həyəcan siqnalı verilə bilərdi. Təyyarə səsdən sürətli raketlərlə təchiz edilib.

Oktyabrın 10-dan etibarən RF Silahlı Qüvvələrinin Ukrayna infrastrukturuna kütləvi zərbələr endirilir. Prezident Vladimir Putinin sözlərinə görə, raket buraxılışları Kiyevin Krım körpüsündə partlamasına və digər terror aktlarına cavabdır.

Noyabrın 15-də rus qoşunları Ukrayna şəhərlərinə yüzə yaxın raket zərbəsi endirib və ölkənin enerji obyektlərinin demək olar ki, yarısı sıradan çıxıb. Avropa komissarı Lenarçiç bildirib ki, Ukraynanın enerji sektoruna dəyən ziyan kritik həddə yaxınlaşır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…