Əsas məzmuna keç

UKRAYNANIN İT ORDUSU PUTİNİ AD GÜNÜ MÜNASİBƏTİLƏ “TƏBRİK EDİB”

Ukraynanın İT ordusu Rusiya Federasiyasının prezidenti Vladimir Putini ad günü münasibətilə “təbrik edib”.

Bu barədə Ukraynanın IT ARMY şirkəti Telegram-da məlumat yayıb.

“Biz Putini son doğum günü münasibəti ilə təbrik etmək üçün KTMT-nin internet saytlarını sındırmalı olduq”, – məlumatda deyilir.

UNIAN-ın daha əvvəl xəbər verdiyi kimi, Ukrayna “İT-ordu” sentyabrın 12-dən 25-dək Rusiyanın 4000-dən çox onlayn resursunun işini dayandırıb.

Ukraynanın “IT-ordu” informasiya və kiberməkanda düşməni zərərsizləşdirmək üçün 2022-ci il fevralın sonunda yaradılmış İT mütəxəssisləri icmasıdır. Bu, həm ukraynalı, həm də xarici mütəxəssisləri bir araya gətirdi.

Bildiyiniz kimi, bu gwn – oktyabrın 7-də Putin ad gününü qeyd edir. 70 yaşı tamam olur. Özünü Belarus prezidenti elan edən Aleksandr Lukaşenko Rusiya Federasiyasının prezidenti Vladimir Putinə yubileyi üçün “Belarus” traktoru hədiyyə edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…