16 Avqust 2024 / 14:08

UKRAYNANIN NƏZARƏTINDƏ OLAN XERSONDA PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİR

Kiyevin nəzarətində olan Xerson şəhərində partlayışlar baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın “Public” telekanalı öz Telegram kanalında məlumat yayıb.

“Xersonda yenidən partlayış səsləri eşidilir”, – məlumatda qeyd edilir.

Avqustun 15-də Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin Xerson vilayətinin Ukraynanın nəzarətində olan hissəsində bir sıra mühüm infrastruktur obyektlərinə ziyan vurulduğunu açıqlayıb.

Avqustun 15-nə keçən gecə Kiyevin nəzarətində olan Xerson şəhərində silsilə partlayışlar baş verib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!