Əsas məzmuna keç

UKRAYNANIN NATO-YA QƏBULU MÜZAKİRƏ OLUNMUR

Hazırda Ukraynanın NATO-ya daxil olması ilə bağlı müzakirələr aparılmır, çünki ölkə silahlı münaqişə vəziyyətindədir.

Sloveniyanın xarici işlər naziri Tania Fajonun sözlərinə görə, alyansa qoşulma məsələsi daha uyğun vaxta qədər təxirə salınmalıdır.

“Mən bunun bu gün müzakirə olunacağını gözləmirəm. Sloveniya NATO-ya yeni üzvlərin daxil olmasına açıqlıq siyasətinə sadiqdir. Amma burada zaman məsələsi var – nə vaxt və necə”, – Faion NATO sammitində çıxışı zamanı deyib.

Sloveniyalı nazir vurğulayıb ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı heç bir müzakirə aparılmır, lakin gələcəkdə bu məsələ “vaxt gələndə” gündəmə gətiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl NATO-nun baş katibi Yens Stoltenberq ölkələrin Ukraynaya intensiv şəkildə kömək etməli olduğunu deyərək, zərbələrin hərbi məsələlərlə bağlı enerji infrastrukturuna böyük təsir göstərdiyini vurğulayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…