Əsas məzmuna keç

UKRAYNANIN ÜÇ BÖLGƏSİNDƏ HAVA HƏYƏCANI ELAN EDİLİB

Ukraynada hava siqnalları ilə bağlı informasiya resursuna əsasən, ölkənin üç regionunda səmadan hücum xəbərdarlığı qüvvədədir. Söhbət Ukraynanın Nikolayev, Kirovoqrad və Dnepropetrovsk vilayətlərindən gedir.

“Diqqət! Xəbərdarlıq verildi, hamı sığınacaqlara getsin! Əgər siz avtomobil idarə edərkən həyəcan siqnalı almısınızsa, lütfən, həyəcan siqnalının başlaması barədə başqalarına xəbər vermək üçün beş dəfə uzun səslə siqnal verin”, – Dnepropetrovsk vilayətinin administrasiyası Telegram kanalında bildirib.

Həmçinin, xəbərdarlıq Xerson və Zaporojye vilayətlərinin Kiyevin nəzarətində olan hissələrində də keçərlidir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…