Əsas məzmuna keç

“Ulduz” metrosu yaxınlığında yol işləri davam edir

“Ulduz” metro stansiyasının qarşısından keçən yol sahəsində tikinti işləri davam etdirilir.

Tezadlar.a xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Sözügedən ərazi Akademik Həsən Əliyev küçəsindən “Koroğlu” metro stansiyası istiqamətində inşa edilən yeni avtomobil yolunun mühüm hissələrindən biridir.

Layihənin icrası paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə, nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına və hərəkətin daha rahat təşkilinə xidmət edir.

İşlər “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…