Kişilərin qız uşaqlarını manipulyasiya alətinə çevirməsi çox pis təsir bağışlayır.
Tezadlar.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında bildirib.
“Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar. Təxribat xarakterli suallar verib onları sarsıdırlar,travma yaşadırlar.
Uşaqları alətə çevirməyin. Öz sözlərinizi onların dilindən səsləndirməyin.
Övladlarınızı necə tərbiyə etdiyinizə qarışmaq haqqımız yoxdur. Amma uşaqlardan istifadə edib onlara travma yaşatdığınız zaman bu, yalnız sizin şəxsi məsələniz olaraq qalmır. Belə davranışınızla insanların sərt reaksiyasına və həmin uşaqları qorumaq üçün müdaxilə etməsinə özünüz əsas yaradırsınız”, – deyə müğınni qeyd edib.
Qeyd edək ki, şagirdlərin məktəbə vahid məktəbli geyimində gəlməsi barədə Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli 309 nömrəli Qərarından sonra bəzi şəxslər təxribatçı hərəkətlərə yol veriblər. Hətta onlar arasında məktəblərə hücum çəkib qapı-pəncərəni sındıraraq zərər verənlər də olub, avtomobilləri yandıranlar da…
JASMİN







