Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) uşaqların internet mühitində üzləşə biləcəyi risklərlə bağlı maarifləndirici sosial videoçarx hazırlayıb.
Tezadlar.az ETX-ya istinadən xəbər verir ki, rəqəmsal mühitdə aktiv olan uşaqlar interneti əksər hallarda yalnız əyləncə vasitəsi kimi qəbul edirlər. Lakin virtual aləmdə qarşı tərəfin kimliyini müəyyən etmək hər zaman mümkün olmur. Tanınmayan profillər, təsadüfi linklər və ya adi görünən ünsiyyət halları belə onların fərdi məlumatlarının risk altına düşməsi ilə nəticələnə bilər.
Hazırlanan videoçarxda bu kimi risklərdən bəhs olunur, həm uşaqlara, həm də valideynlərə diqqətli davranmağın vacibliyi xatırladılır.
