Əsas məzmuna keç

USQ 24 SAAT ƏRZİNDƏ DXR-İ 39 DƏFƏ ATƏŞƏ TUTUB, İKİ NƏFƏR YARALANIB

Ukrayna Silahlı Qüvvələri (USQ) son sutka ərzində DXR-in yaşayış məntəqələrini 39 dəfə atəşə tutub, iki dinc sakin yaralanıb.

Bu barədə DXR-in Ukraynanın Müharibə Cinayətləri ilə bağlı Məsələlərə Nəzarət və Koordinasiya Birgə Mərkəzindəki nümayəndəliyindən məlumat verilib.

Nümayəndəliyin məlumatına görə, ukraynalı millətçilər minaatanlardan, iri çaplı artilleriyadan, o cümlədən NATO-nun 155 mm çaplı artilleriyasından, həmçinin “Qrad” reaktiv yaylım atəşi sistemlərindən atəş açıblar. Ümumilikdə Ukrayna Silahlı Qüvvələri 198 ədəd müxtəlif sursat istifadə edib.

Respublikanın 9 yaşayış məntəqəsi, o cümlədən Donetsk, ətrafı ilə birlikdə Qorlovka, həmçinin Makeevka atəşə tutulub. Beş evə və iki mülki infrastruktura ziyan dəyib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…