Əsas məzmuna keç

UTX “QAZPROM”LA ƏLAQƏLİ OLDUĞU İDDİA EDİLƏN BİR ŞİRKƏTİN AKTİVLƏRİNİN BLOKLANDI

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Kiyevin məlumatına görə, “Qazprom”un strukturuna daxil olan şirkətin 35 milyon qriven (957 min dollar) məbləğində aktivlərinə həbs qoyub.

Bu barədə çərşənbə günü idarənin Telegram-kanalında məlumat verilib.

UTX iddia edir ki, Ukrayna şirkəti Ukraynaya qeyri-qanuni gətirilən Rusiya motor yağlarını və digər avtomobillərə texniki qulluq məhsullarını topdansatış satıb.

Şirkətin korporativ hüquqlarına, daşınmaz əmlakına və avtomobil parkına həbs qoyulub.

Xüsusi hərbi əməliyyat başlayandan bəri Ukrayna hakimiyyəti dəfələrlə Rusiya müəssisələri ilə əlaqəli olduğu iddia edilən şirkətlərin əmlakına həbs qoyulduğunu bəyan edib. Onlar da öz növbəsində Ukraynada artıq aktivlərinin olmadığını vurğulayıblar.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…