Əsas məzmuna keç

Uyğunsuz məhsulla bağlı tədbirlər görüldü

whatsapp image at main

“Karvan Agro” MMC-nin İran İslam Respublikasından idxal etdiyi (istehsalçısı “Sajad Babaiee”) ümumi çəkisi 21 200 kq portağal məhsulundan nümunələr götürülüb.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, laborator müayinə nəticəsində məhsulda istifadəsinə yol verilməyən rəngləyici maddə – “Sitrus qırmızısı -2” üzrə uyğunsuzluq aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, İranın müvafiq qurumuna “Sajad Babaiee” istehsalçı müəssisəsindən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…