Əsas məzmuna keç

“VAQNER” ÖHŞ-NİN ÜZVÜ POLİSƏ ATƏŞ AÇDIĞI ÜÇÜN ALTI İL HƏBS CƏZASINA MƏHKUM EDİLİB

Rostov məhkəməsi “Vaqner” Özəl Hərbi Şirkətin üzvünü DXR ilə sərhəddə polis əməkdaşlarına atəş açmaq işi üzrə 6 il müddətinə azadlıqdan məhrum edib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Məhkəmə Nikolini təqsirli hesab etmək və onu 6 il müddətinə azadlıqdan məhrum etmək qərarına gəlib”, – hakim bildirib.

Qeyd edək ki, hadisə dekabrın 6-da Novoşaxtinsk ətrafında baş verib. Kamuflyaj formasında olan şəxs polis əməkdaşlarına atəş açıb, daha sonra hadisə yerindən qaçıb. Lakin o, tapılaraq saxlanılıb. Qabaqlayıcı tədbir seçilərkən o, “Vaqner” Özəl Hərbi Şirkətin döyüşçüsü olduğunu bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…