Venesuela hökumətinin qərarlarını artıq ABŞ müəyyən edəcək – Ağ Ev

Müvəqqəti Venesuela hakimiyyətinin qərarlarını ABŞ müəyyən edəcək.

Tezadlar.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livit Vaşinqtonda jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

“Venesuela ilə bağlı… hazırda müvəqqəti Venesuela hakimiyyəti üzərində maksimum təsir gücümüz var”, – deyə o bildirib.

Livit xatırladıb ki, ABŞ prezidenti Donald Tramp əvvəllər ABŞ-ın yaxınlığında yerləşən respublikanın artıq ABŞ-a narkotik və qanunsuz immiqrant göndərməyəcəyini və Amerika vətəndaşlarını öldürən cinayətkar kartelləri dəstəkləməyəcəyini “aydın şəkildə bildirmişdi”.

Onun sözlərinə görə, Tramp hazırda siyasi gündəliyini güc yolu ilə həyata keçirir.

Bir müddət əvvəl Amerika lideri Venesuela hakimiyyətinin ABŞ-a 50 milyon barelə qədər neft ötürəcəyini açıqlamışdı.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti

  • Bu gün heç bir post paylaşılmayıb.