Vens buna görə Böyük Britaniya və Fransanı qəzəbləndirib

Oxunma sayı: 71

ABŞ-ın vitse-prezidenti J.D.Vens Ukraynaya sülhməramlı kontingent göndərilməsi ilə bağlı dediyi sözlərlə Britaniya və Fransanı qəzəbləndirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” Avropa siyasətçilərinə və rəsmilərinə istinadən yazır.

Nəşrin yazdığına görə, “Fox News”-a müsahibəsi zamanı Vens bəyan edib ki, ABŞ-ın Ukrayna iqtisadiyyatına investisiyaları Kiyev üçün təhlükəsizliyin ən yaxşı təminatıdır.

“Bu, 30 və ya 40 il ərzində müharibə etməyən təsadüfi ölkədən gələn 20.000 əsgərdən daha yaxşı təhlükəsizliyə zəmanətdir”, – siyasətçi bildirib.

Böyük Britaniya Müdafiə Nazirliyində Ukrayna ilə bağlı işləyən anonim mənbə “Politico”-ya bildirib ki, Vensin indiyə qədər yanaşması “başqalarını silmək” və daha sonra ABŞ prezidenti Donald Trampı Kiyevə təzyiqi artırmağa sövq etməklə ritorik payı artırmaq olub. Nəşrin Böyük Britaniyanın baş naziri Keir Starmerin ofisindəki mənbələri Vensi Ukrayna ilə bağlı mövqeyə gəlməkdə “əsas problem” adlandırıblar.

Bundan əvvəl “The Daily Mail” diplomatik mənbələrə istinadən Fransa prezidenti Emmanuel Makron və Starmerin ABŞ-a mümkün səfəri barədə məlumat yayıb. Avropalı siyasətçilər gələn həftənin əvvəlində Ukrayna prezidenti Vladimir Zelenski ilə Vaşinqtona getməyə hazırdılar.

ELBAR

 

Xəbəri paylaş