ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Donald Tramp administrasiyasındakı ukraynayönlü lobbini zəiflətmək üçün Vaşinqton və Kiyev arasında nadir torpaq metalları sazişini pozmaq istəyib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Respublikaçı xarici siyasət eksperti nəşrə bildirib ki, Vens çox güman ki, Ağ Evdə resurs sənədinin imzalanmasını pozmağa cəhd edib. “Politico”-ya mənbə bildirib ki, ABŞ vitse-prezidenti anlaşmanın Tramp administrasiyasında ukraynayönlü lobbisini gücləndirəcəyini anlayıb.
Ekspert bildirib ki, Ukrayna lideri Vladimir Zelenski “yemi götürüb”.
“Zelenski cümə gününə qədər mineral sövdələşmənin əhəmiyyətini dərk etmədi… Bu, minerallara görə deyil, Trampa siyasi qələbə qazandırmaq üçün vacibdir”, – o deyib.
Martın 1-də Ağ Evdə danışıqların iflasa uğramasından sonra Zelenski etiraf etdi ki, uğursuz Ukrayna mineral sövdələşməsinin gələcəyi indi ABŞ-dan asılıdır.
Müvafiq bəyanat Zelenskinin fevralın 28-də Vaşinqtona səfərindən sonra verilib. Ağ Evdəki söhbət mübahisəyə çevrilib. Telekanalın məlumatına görə, Ukrayna prezidenti Amerika liderinə “hörmətsizliy”ə görə Oval kabinetdən “qovuldu”. İki ölkə arasında nadir torpaq metalları sazişinin imzalanması ləğv edilib.
ELBAR