ABŞ-ın vitse-prezidenti J.D.Vens Ukrayna lideri Vladimir Zelenskinin onu ikinci dəfə Kiyevə səfər etmək dəvətinə məhəl qoymayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Jurnalın məlumatına görə, son telefon danışığı zamanı Zelenski bildirib ki, Vens Ukraynada hələ də xoşdur. Ancaq amerikalı siyasətçi bu dəvətə cavab verməyib.
Zelenskinin fevralın 28-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşü zamanı Ukrayna prezidenti Vensi bu ölkədəki vəziyyəti öz gözləri ilə qiymətləndirə bilməsi üçün Ukraynaya səfərə dəvət edib.
Xatırladaq ki, görüş Vens, Zelenski və Tramp arasında atışmaya çevrildi. Xüsusilə ABŞ lideri Zelenskinin Amerika tərəfinə qarşı hörmətsiz davrandığını bəyan etdi.
ELBAR