11 Fevral 2026 / 09:16

Vensin Bakı öpüşü günün trendi oldu- İNANILMAZ

…ABŞ-ın Vitse-prezidentinin Bakı səfəri tarixi hadisədir… Bu səfər ABŞ- Azərbaycan əlaqələrinin hansı səviyyədə olduğuna istinad olunan bir sübutdur.

Bunlar öz yerində. Siyasətçilər bu səfəri yüksək qiymətləndirir, şərhlər verir, TV- lərimiz isə tirajlayır… Bəs Azərbaycan cəmiyyəti və ictimaiyyəti bu səfəri necə dəyərləndirir? Bütün sosial şəbəkələr Vensin xanımının Bakıda yerə enərkən- ayağını Azərbaycan torpağına qoyarkən onu necə öpməyinin fotosu ilə zəngindir, bu fotonu isə ilk çəkən və yayan dünyaca məşhur Reuters İnformasiya Agentliyidir.

Vens

Azərbaycan ictimaiyyəti isə yazır: “Bakı hava limanıdır… Vens həyat yoldaşı ilə gəlib… Baxın !.. Sonra da deyirlər ki, Amerikada və Avropada Ailə dəyərləri qorunmur və yaxud, yoxdur… Yenə deyirəm, baxın !.. Bu sevgi deyil, bəs, nədir ?!? Bizimkilər edərmi bunu ?!.. Belə sərbəst ola bilərlərmi ?!? Dünyanın ən qeyri-səmimi İnsanları bizlərik… Rola girmişik həmişə, rol oynayırıq həmişə…”.

Daha nə deyək?! Bu, səmimiyyətdir, məhəbbətdir, istəkdir, yoxsa Odlar Yurdunun verdiyi enerjinin ifadəsidir?! Özünüz deyin…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!