Veysəloğlu Şirkətlər Qrupu, Mətbuat Şurası və TŞİİB jurnalistləri mükafatlandırdı-FOTOLAR

Xəbər verdiyimiz kimi, Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda araşdırma yazı müsabiqəsi keçirmişdir. Bu gün yazı müsabiqəsinin qalibi olmuş jurnalistlərin mükafatlandırma mərasimi Bakının Ağ şəhər ərazisindəki “”Baku Marriott Hotel Boulevard” Hotel kompleksində təşkil edildi.
Mükafatlandırma mərasimindən əvvəl tədbir iştirakçıları Azərbaycanın Dövlət himnin sədalarını alqışlarla qarşıladılar. Sonra Milli Mətbuatımızın tarixi keçmişinə və 150 illik yubileyinə həsr edilmiş videoçarxı izlədilər.
Ardınca söz alan “Veysəloğlu” Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, tanınmış jurnalist Məhəmmədəli Qəribli müsabiqənin mahiyyəti və məqsədi barədə ətraflı məlumat verdi. “Bu, əslində, müsabiqədən daha çox bir layihədir… Biz istədik ki, həm də araşdırma jurnalistikamızın iqtisadi mövzuda çalışmasını izləyə bilək…”, deyən M.Qəribli onu da bildirdi ki, müsabiqə layihəsinə 54 yazı təqdim edilib, yazıları ən peşəkar media və iqtisadçı ekspertlər qiymətləndirib.
Sonra Ticarət Şəbəkələrinin İnkişafı İB-nin Baş katibi Araz İmanov çıxış edərək layihə barədə məlumat verdi.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, həmçinin Milli Məclisin deputatı, Parlamentin Komitə sədri Azər Əmiraslanov çıxış edərək layihəni yüksək dəyərləndirdi, təşkilatçılara təşəkkürünü bildirdi.
Daha sonra ən həyəcanlı məqam gəldi və qalib jurnalistlərin adları bəlli oldu.
Xatırladırıq ki, qaliblərə pul mükafatı və diplomlar təqdim olundu.
***
Qeyd edək ki, Müsabiqə üzrə mükafatlandırma aşağıdakı qaydada aparılmışdır:
• I yer – 3 nəfər – hər biri 1500 manat
• II yer – 3 nəfər – hər biri 1000 manat
• III yer – 3 nəfər – hər biri 800 manat
• Həvəsləndirici mükafat – 10 nəfər – hər biri 300 manat.
Onu da xatırladaq ki, ilk dəfə idi yazı müsabiqəli layihədə iştirak edən heç bir jurnalist kənarda qalmadı və mükafatlandırıldı.
***
ZƏRURU QEYD: “Təzadlar” qəzetinin və eyni adlı saytın 4 əməkdaşı bu yazı müsabiqədə iştirak etmişdi. Qəzetin Baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili 1-ci yerə, Yasəmən Məmmədli həvəsləndirici mükafata, Elçin Məmmədli və Rövşanə Nağıyeva isə Diplom və pul mükafatına layiq görülmüşlər.
Bir daha Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin rəhbərliyinə, dəyərli ekspertlərə təşəkkürümüzü bildiririk.
ELBAR
 
 
 
 
Xəbəri paylaş

Xəbər lenti