13 May 2026 / 16:28

Vəzifə postundan uzaqlaşdırılan Azər Əhmədov: “Vəzifə dövlətin sənə əmanətidir”

Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən azad olunan Azər Əhmədov bununla bağlı sosial media hesabında paylaşım edib. barədə paylaşım edib.

Tezadlar.az xəbər verir ki, o, paylaşımında vəzifədə olduğu müddətdə çalışdığı komandası ilə müasir bir Respublika Pediatriya Mərkəzini inşa etdiklərini vurğulayıb və birgə çalışdığı kolleqalarına təşəkkürünü bildirib:.

“Dünən Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən ayrıldım. Vəzifə dövlətin sənə əmanətidir. Onu göz bəbəyi kimi qoruyub, ləyaqətlə dövlətə geri vermək hər insana nəsib olmur. Bu müddətdə qurduğumuz işləri saymaqla bitməz. Sadəcə mən və zəhmətkeş komandamız hər təbəqədən olan vətəndaşın müracət edə bildiyi müasir bir Respublika Pediatriya Mərkəzini inşa etdik. Daha nə olsun…

Nə xoş mənə belə fürsəti doğru dəyərləndirə bildim. Bu quruculuqda əməyi keçən, dəstək verən hər kəsə, xüsusilə də görünməyən qəhrəmanlar olan komandaya təşəkkür edirəm”.

Qeyd edək ki, TƏBİB ötən gün işdən azad olunan Azər Əhmədovun yerinə respublikanın tanınmış pediatrı Erkin Rəhimlini təyin edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!