Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri növbəti konsert proqramı ilə dinləyicilər qarşısında uğurla çıxış edib.
Konsertdə orkestrə Cənubi Koreyadan dəvət olunmuş dirijor Jong-hun Bae rəhbərlik edib. Gecənin proqramında F.Mendelssohn 6 saylı Simfoniya (Es-dur), O.Respighi -“Qədim rəqslər və ariyalar” adlı 3 saylı süita, E.Elgar simli orkestr üçün Serenada (e-moll, op.20), eləcə də J.Haydn violonçel və orkestr üçün 1 saylı Konsert (C-dur) səslənib.
Solist Aleksey Miltıxın (violonçel) ifası dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb və alqışlarla müşayiət olunub.
Konsert klassik musiqinin zərifliyi, romantik ifadəlilik və qədim musiqi üslubunun incə çalarlarını bir araya gətirərək dinləyicilərə yaddaqalan sənət axşamı bəxş edib.