Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ötən gün Rusiya prezidenti Vladimir Putin Ukrayna hökumətinin terror aktları təşkil etməyə davam edəcəyi təqdirdə Rusiyanın sərt cavab verəcəyini bildirib.
Tezadlar.az CNN-ə istinadla bildirir ki, Putin bu barədə Təhlükəsizlik Şurasının iclasında bildirib. Sitat: “8 oktyabr partlayışı terror aktıdır. Rusiyanın mülki mühüm infrastrukturunu məhv etmək məqsədi daşıyan terror aktı. Terror aktının sifarişçiləri, təşkilatçıları və iştirakçılarının Ukrayna xüsusi xidmət orqanları olduğu da göz qabağındadır”.
Ukraynanın bombalanmasına Gəlincə, Putin deyib ki, Rusiya qüvvələri Ukraynada enerji, hərbi və rabitə obyektlərinə zərbələr endirib: “Əgər ərazimizdə terror aktları törətmək cəhdləri davam edərsə, Rusiyanın cavabı sərt olacaq və onun miqyası Rusiya Federasiyası üçün təhlükə səviyyəsinə uyğun olacaq. Buna heç kim şübhə etməməlidir”?
Rusiyanın Ukraynanın 70-dən çox şəhər və qəsəbələrini bombalanması nəticəsində çoxsaylı ölən və yaralananlar var. Ötən gün bu hadisə ilə bağlı Zelenski də xalqa müraciət edib, o, bu terror vı bombalanmalardan qorxmadıqlarını açıqlaylb və tezliklə qələbə çalacaqlarını deyib.
A.Məmmədli