Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniyanın avtomobil sənayesinin nəhəng şirkətləri işçi sayını azaltmaq qərarı verib.
Tezadlar.az xəbər verir ki, “Volkswagen”, BMW və “Porsche” şirkətlərində aparılan ixtisarların əsas səbəbləri sırasında Çin avtomobil markalarının dünya bazarında rəqabətinin artması, elektromobillərə keçid prosesi və istehsal xərclərinin yüksəlməsi göstərilir.
Məlumata görə, “Volkswagen” idarəetmə strukturunda dəyişikliklər edir və rəhbər vəzifələrdə çalışan yüzlərlə əməkdaşın ixtisarını nəzərdə tutur. Şirkət 2030-cu ilə qədər təxminən 50 min iş yerinin azaldılmasını planlaşdırır.
“Porsche” şirkətində isə ofis əməkdaşları da daxil olmaqla 5 minə yaxın işçinin işdən ayrılması gözlənilir. BMW də könüllü ayrılma proqramı çərçivəsində 2027-ci ilin sonunadək təxminən 8 min əməkdaşla yollarını ayırmağı hədəfləyir.