Əsas məzmuna keç

Vuçiç Qlobal Cənuba böyük dövlətlərlə danışıqlar apararkən son dərəcə ehtiyatlı olmağı tövsiyə etdi

Qlobal Cənub ölkələri böyük dövlətlərlə müqavilələr bağlayarkən son dərəcə ehtiyatlı olmalıdırlar.

Tezadlar.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç bunu BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxış edərkən bildirib.

“Və mən hamınızı xəbərdar etmək istəyirəm. Burada iştirak edən və Qlobal Cənuba mənsub olan hər kəs. Böyük dövlətlərlə hər hansı bir müqavilə bağlayarkən xüsusilə diqqətli olun. Biz 2013-cü ildə Brüssel Sazişlərini belə imzaladıq və Kosovo və Metoxiyadakı serblər və albanlar arasındakı problemləri kompromis yolu ilə həll etməyə çalışdıq. Serbiyanın üzərinə götürdüyü bütün öhdəliklər yerinə yetirildi, lakin albanların götürdüyü yeganə öhdəlik – Serbiya Bələdiyyələri Birliyinin yaradılması ilə bağlı – hələ də yerinə yetirilməyib”, – Vuçiç qeyd edib.

Serbiya liderinin sözlərinə görə, müqavilələr AB nümayəndələri tərəfindən imzalanıb, lakin bu, onların həyata keçirilməsinə gətirib çıxarmayıb. Prezident vurğulayıb ki, bu vəziyyət həm serblər, həm də dünyanın qalan hissəsi üçün “dərs olmalıdır”.

BMT Təhlükəsizlik Şurasının 10 iyun 1999-cu ildə qəbul edilmiş 1244 saylı qətnaməsi Kosovo və Metoxiya Muxtar Vilayətinin Serbiyanın bir hissəsi olduğunu təsdiqləyir. Belqrad və Priştina arasında münasibətlərin normallaşdırılmasına dair Brüssel Sazişləri 19 aprel 2013-cü ildə imzalanıb. Onlara əsasən, Kosovoda tanınmamış respublikada yaşayan serblər üçün özünüidarəetmə orqanı olan Serbiya Bələdiyyələri Birliyi (CSM) yaradılmalıdır. Vuçiç dəfələrlə ölkəsinin sazişlərin öz payına düşən hissəsini yerinə yetirdiyini, kosovoluların isə yalnız CSM nizamnaməsinin hazırlanmasına başladığını və daha sonra prosesi dayandırdığını bildirib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…