15 Dekabr 2025 / 20:49

Vüqar Əhmədin saxlanılması xəbəri yalan çıxdı

Bu gün AMEA- nın əməkdaşı, professor, şair Vüqar Əhmədin saxlanılması barədə bəzi saytlarda məlumatlar yayıldı. Səhər saatlarında yayılan məlumatı dəqiqləşdirmək üçün Vüqar Əhmədlə əlaqə saxlamağa çalışsaq da bu baş tutmamışdı. Lakin sonradan Vüqar Əhməd özü bu məlumatın yalan olduğunu açıqladı.

Bəs görəsən jurnalist sübutu olmadığı halda və aidiyyəti hüquq mühafizə orqanının rəsmi açıqlaması olmadan belə məlumatı niyə yayımlayır?

Xatırladırıq ki, Vüqar Əhməd son vaxtlar Mədəniyyət Nazirliyindəki bir sıra problem və qanunsuzluqların sərt tənqidçisi kimi gündəmdə olub.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!