Əsas məzmuna keç

WUF13- ün açılış mərasimi şəhidlərimizə ehtiramla başladı

Ötən gün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimində Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz övladları da iştirak ediblər.
Şəhid polkovnik Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri Sevinc Orucova bu ehtiramı özünün sosial media hesabında belə ifadə edib: “…Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin oğlu Əli Əlizadə və Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş giziri, qrup komandiri Camal İsmayılovun qızı Əsnad İsmayılzadə forumun açılış mərasimində bayraqqaldırma mərasimində yer alıblar. Onların iştirakı qəhrəmanlarımızın əziz xatirəsinə ehtiramın, vətən sevgisinin və milli ruhun gələcək nəsillərdə yaşadılmasının bariz nümunəsidir…”.
Şəhidlərimiz qürur yerimizdir!
A.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…